ABŞ Prezidenti Donald Tramp İran Silahlı Qüvvələrinin hazırda genişmiqyaslı raket hücumları həyata keçirmək imkanlarının ciddi şəkildə məhdudlaşdığını bildirib.
Denmedia.az xəbər verir ki, Tramp bu barədə noyabrın 24-də Ağ Evdə çıxışı zamanı danışıb.
“Onların raket hücumları həyata keçirmək üçün çox məhdud imkanları qalıb”, – deyə ABŞ Prezidenti bildirib.
Trampın sözlərinə görə, İran ordusu hazırda kütləvi raket zərbələri endirmək gücündə deyil.

