26 il əvvəl Parisdə dünyasını dəyişən Türkiyənin məşhur musiqiçisi Ahmet Kayanın ailəsinin “X Yapım Prodüksiyon” şirkətinə qarşı qaldırdığı iddiaya yenidən baxılıb.
Denmedia.az xəbər verir ki, Türkiyə Ali Məhkəməsinin əvvəlki qərarı ləğv etməsindən sonra işə təkrar baxan məhkəmə öz mövqeyini dəyişməyərək iddianı rədd edib.
Ahmet Kayanın ailəsi sənətçinin həyatından bəhs edən filmə görə şəxsi hüquqlarına müdaxilənin qarşısının alınması və 1 lirə məbləğində mənəvi təzminat ödənilməsi tələbi ilə prodüser şirkətini məhkəməyə vermişdi.

Məhkəmə sözügedən filmin sənədli deyil, bədii təxəyyül əsasında çəkildiyini əsas gətirib.
Məhkəmənin qənaətinə görə, sənətçinin real həyatında baş verməmiş hadisələrin filmdə əks olunması Ahmet Kayanın ailəsinin şəxsi hüquqlarının pozulması hesab edilə bilməz. Bu əsasla iddia rədd olunub.

