ABŞ Prezidenti Donald Trampın administrasiyasında İran rəhbərliyinin yüksək vəzifəli nümayəndələrinə hərbi zərbələr endirilməsi ehtimalı müzakirə olunur.
Denmedia.az NBC News telekanalına istinadən xəbər verir ki, bu barədə müzakirələrdən məlumatlı mənbələr bildiriblər.
Məlumata görə, təklifin tərəfdarları İrana qarşı sərt siyasət yürüdən rəhbər şəxslərin hədəfə alınmasının Tehranla qarşıdurmanın həllinə kömək edə biləcəyini düşünürlər.
Bununla belə, ABŞ administrasiyasında bu yanaşmanı dəstəkləməyən rəsmilər də var. Onlar belə bir addımın İranın mövqeyini daha da sərtləşdirə, gələcək danışıqları çətinləşdirə və cavab hücumları riskini artıra biləcəyindən narahatdırlar.
Mənbələrin bildirdiyinə görə, Donald Tramp hələlik bu məsələ ilə bağlı yekun qərar qəbul etməyib.
Xatırladaq ki, Tramp noyabrın əvvəlində İranda hakimiyyət dəyişikliyinə nail olmağa hazırda ehtiyac görmədiyini bildirmişdi.

