Bakıda iki azyaşlı bacı 16 gün ara ilə dünyasını dəyişib.
Denmedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.
2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova noyabrın 7-də, onun 2017-ci il təvəllüdlü kiçik bacısı Nuranə isə noyabrın 23-də vəfat edib.
Qızların yaxınları onların tibbi yardım aldıqlarını, lakin həkim səhlənkarlığı nəticəsində həyatlarını itirdiklərini iddia ediblər.

