1920-ci illərdə dəbdə olan donlar bu qış yenidən populyarlıq qazanacaq.
Denmedia.az xəbər verir ki, bu barədə nüfuzlu “Vogue” moda jurnalı məlumat yayıb.
Nəşrin redaktorlarının fikrincə, “flapper” üslubunda geyimlər yenidən dəbə minəcək. Bu libaslar düz biçimi və omba səviyyəsinədək endirilmiş bel xətti ilə seçilir. Onlar çox vaxt muncuqlar, parıltılı payetlər, naxışlar və saçaqlarla bəzədilir.
Bu üslubun populyarlaşmasında məşhur modelyer Koko Şanel mühüm rol oynayıb. 2000-ci illərdə isə britaniyalı supermodel Keyt Moss bu estetikaya yenidən diqqət cəlb edib.
Hazırda tanınmış dizaynerlər də bu üsluba üz tutublar. “Lanvin” və “Prada” kimi moda evləri kolleksiyalarına muncuqlarla işlənmiş tunika biçimli donlar və krujevalı modellər daxil ediblər.





