Hacıqabulda qətl hadisəsi baş verib.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərində qeydə alınıb.
İlkin məlumata görə, rayon sakini Asim İmanov qayınatası Davud Abbasovu bıçaqlayaraq öldürüb.
Cinayəti törətməkdə şübhəli bilinən Asim İmanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

