Britaniyalı komediya aktyoru, müğənni Keti Perrinin keçmiş həyat yoldaşı Rassel Brend 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
USA Today xəbər verir ki, Londonda keçirilən məhkəmədə 51 yaşlı aktyor bir qadına təcavüz etməkdə və daha üç qadına qarşı seksual zorakılıq törətməkdə təqsirli bilinib.
Hökm noyabrın 9-da Londonun Sauterk Kral Məhkəməsində çıxarılıb. İstintaq materiallarına əsasən, altı qadının adı keçən cinayət hadisələri 1999–2009-cu illəri əhatə edib.

Brend isə razılıq olmadan hər hansı cinsi əlaqədə olduğunu inkar edərək günahsız olduğunu bildirib.
Məhkəmə hakimi Coel Bennatan aktyoru “seksual yırtıcı” adlandırıb. Hakim vurğulayıb ki, Brend məşhurluğunu ona istədiyi kimi davranmaq və başqalarının əməl etdiyi qaydalara məhəl qoymamaq imkanı verən üstünlük kimi qəbul edib.

