Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa rayonunda yaşayış evində meyiti tapılan azərbaycanlı Rövşən Zeynalovla bağlı bəzi təfərrüatlar məlum olub.
DenMedia.az Unikal.az-a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun meyiti yaxınlarına təhvil verilib.
Bildirilir ki, o, Qubadlı rayonundan olub və Türkiyədə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Rövşən Zeynalovun əsas fəaliyyət sahəsinin ayaqqabı biznesi olduğu qeyd edilir.
Digər məlumata əsasən, o, sosial şəbəkələrdə “Beniz” ləqəbi ilə tanınan tiktoker Aybəniz Xəlilovanın həyat yoldaşı olub. Cütlüyün bu nikahdan Metin adlı oğlu dünyaya gəlib.

Xatırladaq ki, Aybəniz Xəlilova daha əvvəl 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Buna onun sevgilisi H.Kərimovun Suraxanı Rayon Polis İdarəsinə etdiyi müraciət əsas olub.
Tiktoker barəsində Azərbaycan Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri – təkrarən və xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə üzrə cinayət işi başlanıb.

