Moskvada yaşadıqları evin qarşısında meyitləri tapılan azərbaycanlı ər-arvadın cənazələri Azərbaycana gətirilərək torpağa tapşırılıb.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, cütlüyün nəşi Ucar rayonunun Rəstəcə kənd qəbiristanlığında dəfn edilib.
Xatırladaq ki, hadisə bir neçə gün əvvəl Rusiyanın paytaxtında, Yeni Moskva ərazisində yerləşən “Salaryevo Park” yaşayış kompleksində baş verib. Biznes fəaliyyəti ilə məşğul olan cütlük bir müddət əvvəl Xantı-Mansiysk Muxtar Dairəsindən Moskvaya köçmüşdü.
1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kənd sakini idi. Onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aygün Yaqub qızı Hüseynova isə Rusiya vətəndaşı olub.
Bildirilir ki, Vasif Nağıyev əvvəllər rayonda yerləşən şadlıq evində çalışıb, 10 il əvvəl isə qazanc dalınca Rusiyaya yollanıb.

