Göyçayda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Xəsarət alanlar var.
Denmedia.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, prospektdə hərəkətdə olan “VAZ-2107”, “VAZ-2105” və “Hyundai Sonata” markalı minik avtomobillərinin iştirakı ilə zəncirvari toqquşma olub.
Qəza nəticəsində 2 sürücü və 3 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan bəziləri artıq evə buraxılıb.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəydiyi bildirilir. Hadisənin dəqiq səbəbləri, avtomobillərin hərəkət istiqaməti, toqquşmanın hansı şəraitdə baş verməsi və sürücülərin məsuliyyəti araşdırma zamanı müəyyənləşdiriləcək.
Faktla bağlı müvafiq araşdırma aparılır.
Əlibala Əsgərov
Denmedia.az

