Türkiyədə “Aydın Denge” qəzetinin üç əməkdaşı “Ərdoğan öldü” məzmunlu paylaşımın yayımlanmasından sonra saxlanılıb.
OdaTV-nin məlumatına görə, qəzetin “Facebook” səhifəsində “Ərdoğan vəfat etdi” yazılmış görüntü paylaşılıb.
Lakin paylaşımın keçid verdiyi xəbərdə söhbət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan deyil, Gülşen Erdoğan adlı qadının ölümündən gedib.
Hadisədən sonra Aydın şəhər prokurorluğu ictimaiyyət arasında yanıldıcı məlumatın açıq şəkildə yayılması ilə bağlı Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsi üzrə araşdırmaya başlayıb.
Məlumata görə, bu maddə üzrə 4 il 6 aya qədər həbs cəzası nəzərdə tutula bilər.
Araşdırma çərçivəsində qəzetin nümayəndəsi Emin Aydın, baş redaktor Yeşim Ülken və müxbir İslam Keleş saxlanılıblar.

