Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə Bakı–Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, “Chevrolet Malibu” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Hadisə nəticəsində kişi aldığı xəsarətlərdən yerindəcə həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

