Qax rayonunda yerləşən kafelərdən birində bıçaqlanma hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə rayon ərazisindəki kafelərdən birində qeydə alınıb.
Belə ki, kafedə yeyib-içən 53 yaşlı Rüfət İslamovla 44 yaşlı Ramil Nurməmmədov arasında mübahisə yaranıb.
Mübahisə nəticəsində R. İslamovun kəsici alətlə tanışına xəsarət yetirdiyi bildirilir.
Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Rüfət İslamov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

