İstanbul yenidən fırtınanın təsiri altındadır.
Şəhərin həm Avropa, həm də Anadolu yakasında güclü fırtına aralıqlarla fəsadlar törədib. Xüsusilə Avcılar, Beylikdüzü, Büyükçekmece və Esenyurt rayonlarında ciddi ziyan qeydə alınıb.
Beylikdüzü Adnan Kahveci məhəlləsində şiddətli külək nəticəsində dam örtüyünün hissələri qoparaq 5 avtomobilə zərər vurub. Barış məhəlləsində isə bir binanın fasadı yerə düşüb.
Esenyurtda fırtına kuryerlərə çətin anlar yaşadıb — motosikletin aşması və esnafın piştaxtasını toplaması mobil telefon kamerasına düşüb.
Gazi prospektində bir binanın damı park edilmiş 3 avtomobilin üzərinə düşüb, nəticədə nəqliyyat vasitələri zədələnib və yol müvəqqəti olaraq bağlanıb.
Anadolu yakasının şimal hissəsində də fırtına davam edir. Beykoz, Üsküdar, Çekmeköy, Sancaktepe, Sultanbeyli və Kartal rayonlarında hava şəraiti gərgindir.
İstanbul Valiliyi daha əvvəl xəbərdarlıq etmişdi: küləyin sürəti 50–70 km/saat, bəzi ərazilərdə isə 80 km/saatadək çata bilər.

