Sumqayıtda güclü külək iri gövdəli ağacı kökündən çıxararaq peşə məktəbinin üzərinə aşırıb.
Denmedia.az xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsi Kamran Hüseynov küçəsində güclü külək nəticəsində baş verib.
Küləyin təsirindən kökündən çıxan iri gövdəli ağac peşə məktəbinin üzərinə düşüb.
Ağacın aşması nəticəsində peşə məktəbinə bitişik ərazidə yerləşən və məcburi köçkün ailəsinin yaşadığı tikili də ciddi ziyan görərək çöküb.
Hadisə nəticəsində ailənin yaşadığı ev yararsız vəziyyətə düşüb.
Evsiz qalan ailə hazırda qohumlarının evinə sığınmaq məcburiyyətində qalıb.
Ellada Rəsul
Denmedia.az

