28 
noy
2023
11:22
326

Sumqayıtda Tibb Kollecinin inzibati ərazisində güclü yanğın: HADİSƏ ŞAHİDLƏRİ DANIŞDI-VİDEO

28 noy, 2023
11:22
326

Sumqayıtda Tibb Kollecinin inzibati ərazisində güclü yanğın: HADİSƏ ŞAHİDLƏRİ DANIŞDI-VİDEO

Sumqayıtda güclü yanğın olub,xəsarət alan var...

Den.az xəbər verir ki, hadisə şəhərin 22-ci məhəlləsində, Tibb Kollecinin inzibati ərazisindəki qarajda baş verib. 


Belə ki, gecə saat təqribən 4 radələrində tibb kollecinin məcburi köçkünlər yaşadığı binaya bitişik qarajda güclü yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə idarəsinin əməkdaşları cəlb olunub.   
Məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət qarajın yanar konstruksiyaları, içərisində olan “Mercedes” markalı mikroavtobusun yanar hissələri və yaxınlıqda 10 ədəd ağac yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Zərərçəkmiş şəxslərin sözlərinə görə, yanğın nəticəsində vətəndaşa küllü miqdarda ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar