Tərtər rayonunun İsmayılbəyli kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü kənd sakini Məhəmməd Nağıyev yaşadığı evin həyətində yerləşən 30 metr dərinliyindəki su quyusuna düşüb.
III qrup əlilliyi olan kişi quyuda boğularaq həyatını itirib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub. Xilasedicilər Məhəmməd Nağıyevin meyitini quyudan çıxarıblar.
Faktla bağlı araşdırma aparılır.

