Bu gün Türkiyə Respublikasının qurucusu, görkəmli dövlət xadimi və marşal Mustafa Kamal Atatürkün doğum günü kimi qeyd olunur.
Mustafa Kamal Atatürk 1881-ci ildə Saloniki şəhərində anadan olub. O, təkcə Türkiyə tarixinin deyil, ümumilikdə XX əsr dünya siyasi tarixinin ən mühüm liderlərindən biri hesab olunur.
Atatürk Osmanlı imperiyasının süqutundan sonra türk xalqının istiqlal mübarizəsinə rəhbərlik edib və 1923-cü ildə Türkiyə Respublikasının əsasını qoyub. Onun rəhbərliyi ilə ölkədə dövlət idarəçiliyi, hüquq sistemi, təhsil, ordu və ictimai həyat sahələrində genişmiqyaslı islahatlar həyata keçirilib.
Türkiyədə 19 May həm də Atatürkü Anma, Gənclik və İdman Bayramı kimi qeyd olunur. Bu tarix Mustafa Kamal Atatürkün 1919-cu ildə Samsuna çıxaraq Türkiyənin istiqlal mübarizəsini başlatdığı gün kimi xüsusi rəmzi məna daşıyır.
Atatürk türk xalqının yaddaşında müstəqil dövlətçilik ideyasının, modernləşmə xəttinin və milli iradənin simvolu kimi yaşayır.

