Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, akademik Abel Məhərrəmovun keçmiş sürücüsü dələduzluqda ittiham edilərək saxlanılıb və məhkəmə barəsində qərar verib.
Den.az Qaynarinfo-ya istinadən məlumat verir ki, 1973-cü il tarixdə Ermənistanın Spitak rayonunda anadan olmuş Bayram Zamanov (soyad şərti) Mərkəzi Neftçilər Xəstəxanasının Vasif adlı vəzifəli şəxsinə qarşı dələduzluq edib. Belə ki, Bayram Zamanov Abel Məhərrəmovun sürücüsü kimi əlaqələrindən istifadə edərək, Vasifi Prezident Administrasiyasına sürücü vəzifəsinə düzəldəcəyi barədə yalan vəd verib və 10.000 manat pulunu mənimsəyib.
Təqsirləndirilən şəxs tanışlarının vasitəsi ilə Vasifi 15.000 manat pul müqabilində Prezident Aparatına sürücü düzəldəcəyinə söz verib. Onun maaşının 1400 manat olacağını bildirib. Bundan başqa hər gün ona əmək haqqından başqa 20 manat pul veriləcəyini, ezam olunduğu hər günə görə isə 60-70 manat pul alacağını deyib.
Bayram Zamanov Vasifi işlədiyi Mərkəzi Neftçilər Xəstəxanasında anbar müdiri vəzifəsindən çıxmağa məcbur edib. O da təqsirləndirilən şəxs sözünə inanıb və işdən çıxıb.
Bayram Zamanov aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləyib və şikayət olunduqdan sonra pulu Vasifə qaytarıb. Vasif əvvəlki işinə deyil, Mərkəzi Neftçilər Xəstəxanasının təhlükəsizlik bölməsinin bölmə müdiri vəzifəsinə qaytarılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib və 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Vasif Zamanovun üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək vəzifələri qoyulub.
Abel Məhərrəmovun sürücüsü elektron qolbaqda gəzəcək: Vəzifəli şəxsi aldadıb - TƏFƏRRÜAT

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.