Abşeronda azyaşlınarın gecə saatlarında küçədə gəzməsi ictimai qınağa səbəb olub.
Bu barədə Den.az-a hadisə şahidləri məlumat verib.
Belə ki, Ceyranbatan qəsəbəsində işdən qayıdan Abşeron rayon İcra Hakimiyyətinin gənc könüllüsü Fərhad Ələkbərli küçədə iki azyaşlının (11-12 yaş) gəzdiyi görüb. Onlarla maarifləndirici söhbət apardıqdan sonra məlum olub ki, hər iki uşağın valideynləri onların bu saatlarda küçəyə çıxmasından xəbərləri yoxdur. Gənc könüllü azyaşlıların hər ikisini evlərinə qədər apararaq ailələrinə təhvil verib. Eləcədə onlara bu saatlarda küçəyə çıxmağın nə qədər təhlükəli olduğunu izah edib.
Gənc könüllü Fərhad Ələkbərlinin bu addımı həm valideynlər həm də şahidlər tərəfindən yüksək qiymətləndirilib.
Ceyranbatanda azyaşlıların gecə saatlarında küçədə gəzməsi ictimai qınağa səbəb olub-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.