Azərbaycan Hərbi Prokurorluğunda yeni təyinatlar olub.
Denmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmrlər imzalanıb.
Ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.
Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru vəzifəsinə təyin olunub.
İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi ədliyyə mayoru Elxan Salamzadə isə Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.
Qeyd edək ki, bir müddətdir Hərbi Prokurorluqda kadr islahatları aparılır.