Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdədir.
Müdafiə Nazirliyinin məlumatına görə, səfər çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə BƏƏ-nin müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək Al-Mazrui arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı Azərbaycan və BƏƏ arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Qeyd edilib ki, birgə təlimlər və qarşılıqlı səfərlər iki ölkə arasında hərbi əlaqələrin genişlənməsinə töhfə verir.

