Tramp ABŞ-ın İrandan sonra Kuba ilə məşğul olacağını bildirib.
ABŞ prezidenti Donald Tramp açıqlamasında Vaşinqtonun hazırda əsas diqqətini İran məsələsinə yönəltdiyini, bundan sonra isə Kuba ilə bağlı addımların gündəmə gələcəyini deyib.
“Kubada baş verənlər heyrətamizdir və biz hesab edirik ki, əvvəlcə bu işi (İrana qarşı əməliyyatı) başa çatdırmaq istəyirik. Amma bu sadəcə zaman məsələsidir”, — deyə Tramp bildirib.

