ABŞ Prezidenti Donald Tramp Kuba hakimiyyətinin Vaşinqtonla apardığı danışıqlardan narazı olduğunu bildirib və adanı “dostcasına ələ keçirmək” variantını nəzərdən keçirə biləcəyini deyib.
O, Texas ştatına uçuşdan əvvəl jurnalistlərə açıqlamasında belə söyləyib:
“Kuba hakimiyyəti bizimlə danışıqlar aparır və bildiyiniz kimi onların böyük problemləri var. Pulları yoxdur, hazırda heç nələri yoxdur... və bəlkə biz Kubanı dostcasına fəth edərik.”
Tramp əlavə edib ki, ABŞ-da Kubaya qayıtmaq istəyən çoxlu insan yaşayır.

