Bağdadda ABŞ-ın diplomatik dəstək mərkəzinə pilotsuz uçuş aparatı ilə zərbə endirilib. Bu barədə The Washington Post yazır.
Nəşrin məlumatına görə, Bağdaddakı iri Amerika diplomatik kompleksinə hücum ABŞ və İsrailin İrana qarşı başladığı müharibəyə cavab olaraq proiran qüvvələri tərəfindən həyata keçirilmiş ola bilər.
Bildirilir ki, həmin mərkəz İraq hərbi bazaları və Bağdad hava limanının yaxınlığında yerləşir və ABŞ diplomatları üçün böyük logistik qovşaq hesab olunur.

