İsrail İrana qarşı əməliyyatlarda onlarla PUA itirdi
İsrail ordusu İrana qarşı hava əməliyyatları zamanı 10-dan çox pilotsuz uçuş aparatını (PUA) itirib.
Bu barədə The Times of Israel nəşri İsrail hərbçilərinə istinadən məlumat yayıb.
Bildirilir ki, itirilən PUA-ların sayı 20-dən azdır və bu itkilər hərbi əməliyyatlar çərçivəsində “qəbul edilən” hesab olunur.
İsrail tərəfi qeyd edib ki, qırıcı təyyarələr arasında itki yoxdur, baxmayaraq ki, onlar zenit raketləri ilə dəfələrlə hədəfə alınıb.
Digər tərəfdən, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) fərqli məlumat açıqlayıb.
KSEİK iddia edir ki, 125-dən çox ABŞ və İsrailə məxsus PUA məhv edilib və F-35 qırıcısına zərbə endirilib.
ABŞ tərəfi isə bildirib ki:
Təyyarələrdən biri zədələnsə də, fövqəladə eniş edib və pilotun vəziyyəti stabildir.
Eyni zamanda, ikinci F-35-in məhv edilməsi ilə bağlı məlumatların hələlik təsdiqlənmədiyi vurğulanır.

