Kuba Vaşinqtonun addımlarına cavab olaraq beynəlxalq fövqəladə vəziyyət rejimi elan edib. Bu barədə ada dövlətinin xarici işlər naziri Bruno Rodriqes Parrilya X sosial şəbəkəsində məlumat verib. Onun sözlərinə görə, Havana Amerika Birləşmiş Ştatlarınin mövqeyini öz təhlükəsizliyinə birbaşa və misli görünməmiş təhdid kimi qiymətləndirir.
Siyasətçi bildirib ki, dünya ictimaiyyətinin həmrəyliyini hiss edən Kuba xalqı fövqəladə təhlükənin mövcudluğunu bəyan edir. Onun sözlərinə görə, aqressiyanın mənbəyi ABŞ-da fəaliyyət göstərən radikal antikuba yönlü “neofaşist sağ qanad”dır.
Kuba xalqı <…> bu təhdidlə əlaqədar beynəlxalq miqyasda fövqəladə vəziyyət elan edir, — Parrilya vurğulayıb.

