Kuba Prezidenti Migel Dias-Kanel Bermudes ABŞ Prezidenti Donald Trampın Kuba iqtisadiyyatını “boğmaq niyyətində” olduğunu bəyan edib. O, bu fikirləri X sosial şəbəkəsindəki paylaşımında səsləndirib.
Dias-Kanel Trampın Kuba ilə neft ticarəti aparan ölkələrə qarşı rüsumlar tətbiq etmək təhdidini şərh edərək, ABŞ-ın yeni addımlarını “cinayətkar” və “faşist” adlandırıb.
“Xalqımızın əzabları hesabına siyasətlə məşğul olan və varlananların yaydığı yalan və əsassız bəhanə altında prezident Tramp Kuba ilə suveren şəkildə neft ticarəti aparan ölkələrə rüsumlar tətbiq etməklə Kuba iqtisadiyyatını boğmaq niyyətindədir”, – deyə Kuba lideri yazıb.

