ABŞ senatoru Lindsey Qraham Kubaya qarşı kəskin açıqlamalar səsləndirib.
Denmedia.az xəbər verir ki, siyasətçi Amerika televiziya kanalına verdiyi müsahibə zamanı üzərində “Azad Kuba” yazısı olan papaq nümayiş etdirib və Kubanın azadlığının artıq yaxın olduğunu bildirib.
Onun sözlərinə görə, Kubada dəyişikliklərin baş verməsi yalnız zaman məsələsidir. Senator əlavə edib ki, ölkə hazırda kommunist diktaturası altında idarə olunur və bu vəziyyətə qarşı mübarizə aparılmalıdır.
Qraham daha əvvəl Ağ ev administrasiyasının Kuba ilə bağlı maraq göstərdiyini bildirmişdi. Lakin Yaxın Şərqdə hərbi əməliyyatlar başlayandan sonra bu mövzu bir müddət gündəmdən kənarda qalıb.
Senator iddia edib ki, İranın süqutundan sonra növbəti Kuba olacaq. O, həmçinin ABŞ prezidenti Donald Trampın Venesuela ilə bağlı siyasətini nümunə göstərib.

