Səudiyyə Ərəbistanının Əl-Cubayl şəhərində yerləşən neft emalı zavodunda İrandan endirilən zərbə nəticəsində yanğın baş verib. Bu barədə Tasnim agentliyi xəbər verir.
Məlumata görə, hücum zamanı ballistik raketlər və kamikadze dronlardan istifadə olunub.
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi enerji infrastrukturunun yaxınlığında raket qalıqlarının düşdüyünü təsdiqləyib və hazırda dəymiş ziyanın qiymətləndirildiyini bildirib.
Qurumun açıqlamasına əsasən, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Əl-Cubayl şəhəri dünyanın ən böyük neft-kimya mərkəzlərindən biri hesab olunur və qlobal istehsalın təxminən 6–8 faizini təmin edir. Şəhərin sənaye zonası min kvadrat kilometrdən artıq ərazini əhatə edir.

