İsrail ordusu İranın ən böyük neft-kimya zavoduna zərbə endirdi. Bunu İsrailin müdafiə naziri İsrael Kats bildirib.
Onun sözlərinə görə, zərbə Assaluye şəhərində yerləşən iri neft-kimya obyektinə endirilib.
“İsrail Müdafiə Ordusu az əvvəl İranın Assaluyedə yerləşən ən böyük neft-kimya zavoduna güclü zərbə endirib. Bu, ölkənin ümumi neft-kimya istehsalının təxminən yarısını təmin edən əsas hədəfdir”, — deyə İsrael Kats bildirib.

