İranın İordaniyadakı ABŞ aviabazalarına endirdiyi zərbələr nəticəsində 20-dən çox “Black Hawk” helikopteri zədələnib. Bu barədə The New York Times mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, hücumlar son beş gün ərzində davam edib.
Mənbələr bildiriblər ki, zərbələr İordaniyanın şərqində yerləşən Şahzadə Həsən aviabazasına endirilib. ABŞ-yə məxsus “Black Hawk” helikopterləri də məhz bu bazada yerləşirdi.
Hücumlar nəticəsində çox sayda helikopterin zədələndiyi qeyd olunub. Belə helikopterlərdən hər birinin qiyməti təxminən 21 milyon dollar təşkil edir.

