16 yaşlı gənc idmançı Azərbaycan ikincisi oldu.
Den.az xəbər verir ki, Şəki Olimpiya Kompleksində Uşu-sanda üzrə uşaqlar, kadetlər, yeniyetmələr arasında Azərbaycan çempionatı keçirilib.
10-c sinif şagirdi Saleh Sultanlı yeniyetmələr arasında 60 kq çəki dərəcəsində Göyçay Xan, Şəki Taypin, Gəncə Adfa klublarının idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. Final döyüşündə Azərbaycan çempionatının gümüş mükafatçısı olub.
Qeyd edək ki, gəncin ən böyük dəstəkçisi və müəllimi , Abşeron Uşu klubunun baş məşqçisi, 6 qat avropa çempionu Elçin Eminovdur.
Saleh Sultanlı, gələcəkdə Ölkəmizi dünyada layiqli təmsil edəcəyini və çempion olacağını qarşısına məqsəd qoyub.
MƏQSƏDİM DÜNYADA ÖLKƏMİZİ TƏMSİL ETMƏKDİR: Abşeronlu gənc Azərbaycan ikincisi oldu-FOTO/VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.