Türkiyə yığması AÇ-2024-ün 1/8 final mərhələsində Avstriyaya qarşı keçirəcəyi matç üçün hazırlıqları davam etdirir.
“Den.az” xəbər verir ki, “ay ulduzlular”ın Hannover şəhərindəki Barsinqhausen qəsəbəsində yerləşən düşərgəsində maraqlı anlar yaşanıb.
İkitərəfli matç keçirən komandanın üzvlərinin bir-biri ilə çox səmimi görüntüləri diqqət çəkib. Türkiyə yığmasında ab-havanın yüksək olması azarkeşlər tərəfindən müsbət qarşılanıb.
Qeyd edək ki, Türkiyə yığması 1/8 final mərhələsi matçını bu gün Avstriyaya qarşı keçirəcək. Qarşılaşmanın start fiti saat 23:00-da veriləcək.
Türkiyə yığmasının məşqindən maraqlı görüntülər - Video

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.