“Qarabağ”ın futbolçusu Sadiq Məmmədzadə “Gənclər Günü” münasibəti ilə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibə verib.
"Den.az" xəbər verir ki, 19 yaşlı qolkiper əvvəlcə “Qarabağ”da ilk dəfə rəsmi oyuna çıxmasından danışıb:
“Ən böyük arzularımdan biri məhz “Qarabağ”da oyuna çıxmaq idi. “Kəpəz”lə matçdan əvvəl klubdan mənə dedilər ki, əsas heyətdə oyuna çıxacaqsan. Buna çox sevindim. Sevincimdən gecə yata bilmirdim. Çünki “Qarabağ” kimi böyük bir klubda oyuna çıxmaq ən böyük arzum idi. Meydana çıxanda həyəcan var idi. Amma bu, yaxşı həyəcan idi”.
Gənc qapıçı futbola başlayarkən meydan oyunçusu olduğunu bildirib: “O vaxt “Neftçi” İdman Klubunda oynayırdım. Bir dəfə qapıçımız yox idi və mən qapıya keçmək istədim. Bundan sonra qapıdakı oyunumu bəyəndilər və davamı gəldi”.
Məmmədzadə “Fənərbağça”da çıxış etmək aruzunda olduğunu da qeyd edib: “Mən özüm də gəncəm. Özümdən yaşda kiçik qapıçılara da demək istəyirəm ki, hər zaman qarşılarına bir məqsəd qoysunlar və onun ardınca getsinlər. İstəyərəm ki, belə qapıçılardan olum. Həm Azərbaycanda, həm də Avropada. Məqsədlərimdən biri Avropada oynamaqdır. Mən “Fənərbağça” fanatıyam. Ən böyük arzularımdan biri də odur ki, “Fənərbağça”da çıxış edim”.
“Sevindiyimdən gecə yata bilmirdim” – “Qarabağ”ın qapıçısı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.