15 
fev
2024
09:26
115

“Qarabağ” tarixi oyuna çıxır

15 fev, 2024
09:26
115

“Qarabağ” tarixi oyuna çıxır

Bu gün Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.

“Den.az” xəbər verir ki, tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanmış Azərbaycan çempionu “Qarabağ” Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşacaq.

Bu komandalar arasındakı ilk oyun Braqa şəhərində baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

“Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Avropa Liqası
Pley-offun ilk oyunu
15 fevral


00:00. “Braqa” – “Qarabağ”
Baş hakim: Morten Knoq (Danimarka).
Braqa. “Estadio Munisipal”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar