Polşanın “Legiya” klubunun futbolçusu Ksaveri Ejevski avtomobil qəzası keçirib.
“Den.az” xəbər verir ki, o, sürət həddini aşdığına görə qəzaya uğrayıb.
Xəstəxanaya çatdırılan 17 yaşlı futbolçunun vəziyyəti ağırdır. Onun bacısı isə hadisə zamanı həyatını itirib.
Xatırladaq ki, ötən gün “Liverpul”un futbolçusu Dioqo Jota və qardaşı maşın qəzasında dünyalarını dəyişmişdilər.