Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ABŞ prezidenti Donald Trampın sülh planı fonunda İsrailin uzaqlaşdırılması ilə bağlı səsverməni təxirə salıb. DenMedia.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
"Nəşrin məlumatına görə, Avropa futbol rəhbərləri arasında belə bir fikir formalaşıb ki, sülh danışıqları fonunda İsrailə qarşı idman sanksiyalarının tətbiqi düzgün addım olmaz".
Sentyabrın 25-də İsrail Futbol Federasiyasının üzvlüyünün dayandırılması ilə bağlı səsvermənin keçiriləcəyi barədə məlumat yayılıb. Gözlənilirdi ki, UEFA İcraiyyə Komitəsinin 20 üzvündən ibarət əksər hissəsi İsrail komandalarının beynəlxalq turnirlərdən uzaqlaşdırılmasına səs verəcək.
Bununla belə, sentyabrın 24-də məlum olub ki, UEFA İsrail komandalarının uzaqlaşdırılması məsələsini 23-də keçirilən İcraiyyə Komitəsinin iclasının gündəliyindən çıxarıb.

