Gözlənilməz hadisə baş verib — Novak Cokoviç Monakonu təmsil edən Valentin Vaşeroya Şanxay “ATP Masters” turnirinin yarımfinalında 6:3, 6:4 hesabı ilə məğlub olub.
DenMedia.az xəbər verir ki, dünyada cəmi 204-cü pillədə qərarlaşan Vaşero turnirin ən böyük sürprizinə çevrilib. O, finala gedən yolda Aleksandr Bublik və Holger Rune kimi güclü rəqibləri məğlub edib.
Finalda Vaşero Daniil Medvedev və Artur Rinderkneş cütlüyünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun Moskva vaxtı ilə saat 14:00-da başlanacaq.
Qeyd edək ki, Şanxay “Masters” turniri 1–12 oktyabr tarixlərində keçirilir. Hazırkı çempion isə ATP reytinqində ikinci yeri tutan italiyalı tennisçi Yannik Sinnerdir.