Londonun mavi tərəfi katalonlara aman vermədi. Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda “Çelsi” “Barselona”nı 3:0 hesabı ilə əzdi.
Oyunun gedişi Barcelonanın kabus gecəsinə çevrildi.
27-ci dəqiqədə Jül Kunde avtoqol etdi, ikinci hissədə Estevan Villyan (55) və Liam Delap (73) fərqləndi. Üstəlik, katalonlar 44-cü dəqiqədən etibarən azlıqda oynayırdı — Ronald Arauxo ikinci sarıya görə meydandan qovuldu.
Bu nəticədən sonra:
-
“Çelsi” — 10 xal, 5-ci yer
-
“Barselona” — 7 xal, 14-cü yer
Növbəti turda 9 dekabrda Barselona “Ayntraxt”ı qəbul edəcək, “Çelsi” isə səfərdə “Atalanta” ilə qarşılaşacaq.
ÇL-in 2026 finalı 30 mayda Budapeştin “Ferents Puşkaş” stadionunda keçiriləcək. Hazırkı çempion — finalda “İnter”i 5:0 məğlub edən PSJ-dir.

