Neymarin çıxış etdiyi Santos FC klubu ilə yeni müqavilə razılaşdırılıb. Bu barədə tanınmış jurnalist və insayder Fabrizio Romano X sosial şəbəkəsində məlumat verib.
Məlumata görə, 33 yaşlı cinah oyunçusu ən azı 2026-cı ilin dekabrına qədər klubda çıxış edəcək.
Xatırladaq ki, Santos 25 iyul 2025-ci ildə Neymarla müqavilə imzaladığını açıqlamışdı. Həmin razılaşma 31 dekabr 2025-ci ilədək nəzərdə tutulurdu. Cari mövsümdə Neymar Braziliya çempionatında klubun heyətində 20 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 28 yanvar 2025-ci ildə Səudiyyə Ərəbistanının Al-Hilal klubu Neymarla müqaviləyə xitam verib. Futbolçu bu komandaya 2023-cü ilin yayında Fransanın Paris Saint-Germain klubundan 90 milyon avro qarşılığında transfer olunmuşdu. O, yeni komandasında cəmi 5 oyunda iştirak edib və 1 qol vurub.
18 oktyabr 2023-cü ildə Neymar Braziliya millisinin Uruqvayla oyununda ağır zədə alıb — dizin ön çarpaz bağları və meniski zədələnib. Bərpa prosesi bir ildən çox davam edib və futbolçu növbəti dəfə 2024-cü ilin noyabrında meydançaya qayıdıb.
Neymar karyerası ərzində Barcelona klubunda da çıxış edib və komandanın heyətində Çempionlar Liqasını qazanıb.

