UFC-nin sabiq çempionu, hazırda UFC Şöhrət Zalının üzvü olan rusiyalı döyüşçü Xabib Nurməhəmmədov sosial şəbəkələrdə Real Madrid klubundan qovulan baş məşqçi Xabi Alonsoya açıq dəstək verib və bu qərarın səbəbini sərt şəkildə izah edib.
“Loyallıqdan vacib heç nə yoxdur. Bir il əvvəl onu yalvararaq saxlayırdılar. İndi isə ərköyün uşaqlara görə işdən çıxardılar. Xabi, sən ən yaxşısısan!”
Alonso komandaya 2025-ci ilin yayından rəhbərlik edib. Bu müddətdə “Real” onun rəhbərliyi altında 34 oyun keçirib: 24 qələbə, 6 məğlubiyyət. Məşqçinin klubdakı son oyunu İspaniya Superkubokunun finalı olub. Həmin matçda Madrid klubu Barcelonaya 3:2 hesabı ilə uduzub. “Real” 2:2 hesabla oyunda qalmasına baxmayaraq, 73-cü dəqiqədə öz müdafiəçisindən rikoşetlə həlledici qolu buraxıb.
“Real Madrid”in yeni baş məşqçisi 42 yaşlı Alvaro Arbeloa təyin olunub. Bu, Arbeloadan böyük futbol səviyyəsində ilk məşqçi təcrübəsi olacaq. O, indiyədək klubun gənclər komandalarında çalışıb. Futbolçu kimi isə “Real”da 12 il çıxış edib, 238 oyun keçirib və iki Çempionlar Liqası da daxil olmaqla səkkiz titul qazanıb.

