Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” ilə İngiltərənin “Nyukasl Yunayted” komandası arasında oyuna indiyədək 27 500 bilet satılıb.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın biletləri 10, 15, 25, 35, 40, 50 və 75 manat qiymətinə təklif olunur.
Matçın start fiti 18 fevral saat 21:45-də səslənəcək.

