UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına start verilib.
Denmedia.az xəbər verir ki, bu mərhələnin ilk qarşılaşması "Qalatasaray" və "Yuventus" komandaları arasında baş tutub.
Görüşün ilk hissəsi Turin təmsilçisinin 1:2 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə Okan Burukun yetirmələri rəqib qapısından dörd qol keçirərək yekun hesabı müəyyənləşdiriblər - 5:2.
Qeyd edək ki, Xuan David Kabal 67-ci dəqiqədə ikinsi sarı vərəqəni alaraq "qoca sinyora"nı azlıqda qoyub
Tərəflər arasında cavab görüşü fevralın 25-də keçiriləcək.

