Bu gün Misli Premyer Liqasının XIV turunun təxirə salınmış oyunu keçiriləcək.
DenMedia.az xəbər verir ki, Qəbələ FK doğma meydanda Turan Tovuz FK-u qəbul edəcək.
Xatırladaq ki, 8 dekabr 2025-ci ildə keçirilən “Qəbələ” – “Turan Tovuz” oyunu sıx duman səbəbindən 24-cü dəqiqədə dayandırılmışdı. Peşəkar Futbol Liqasının qərarına əsasən, qarşılaşma yeni oyun kimi təşkil olunacaq.
Hazırda Tovuz təmsilçisi 37 xalla üçüncü pillədə, Qəbələ isə 15 xalla onuncu sırada qərarlaşıb.
24 fevral
Saat 15:00
Qəbələ – Turan Tovuz
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Məkan: Qəbələ şəhər stadionu

