“Spartak”ın keçmiş futbolçusu Kvinsi Promes Niderlandda törətdiyi ağır cinayətlərlə bağlı qismən günahını etiraf edib.
Bu barədə NU.nl portalı məlumat yayıb.
Futbolçu 2020-ci ildə ailə məclisi zamanı əmisi oğluna hücum etdiyini təsdiqləyib.
Müdafiə tərəfi bildirib ki, Promes mübahisə zamanı emosiyalarına qapılaraq cib bıçağı ilə zərbə endirib və bu arqumentlə cəzanın yüngülləşdirilməsinə çalışır.
Məlumata görə, o, 2025-ci ilin iyununda BƏƏ-dən ekstradisiya edilərək Amsterdamda həbs olunub.
Promes silahlı hücuma görə 1,5 il, narkotik qaçaqmalçılığına görə isə 6 il azadlıqdan məhrum edilib.
Hazırda onun vəkilləri ümumilikdə 7,5 illik hökmün apellyasiya qaydasında yenidən nəzərdən keçirilməsinə çalışır.

