Azərbaycanlı cüdoçu Zelim Kotsoyev (+100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
O, 1/4 final mərhələsində Macarıstan təmsilçisi Jombor Veq üzərində qələbə qazanıb. Bundan əvvəl isə 1/8 finalda Ukrayna idmançısı Yaroslav Davıdçuku məğlub edib.
Bu gün mübarizəyə qoşulan digər Azərbaycan təmsilçiləri — Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) rəqiblərinə uduzaraq turniri başa vurublar.

