NBA-nın pley-off mərhələsində “New York Knicks” və “Atlanta Hawks” komandaları arasında keçirilən oyunda gərginlik davaya çevrilib.
Hadisə birinci raundun altıncı matçının ikinci hissəsində baş verib.
Məlumata görə, cərimə atışı zamanı “Knicks”in mərkəz oyunçusu Mitçell Robinson ilə “Hawks”un müdafiəçisi Dyson Daniels səbət altında mübarizə apararkən aralarında mübahisə yaranıb. Qısa müddətdə bu qarşıdurma meydançadakı bütün oyunçuların qoşulduğu kütləvi davaya çevrilib.
Qarşıdurmanı sakitləşdirməyə çalışan hakimlərdən biri hətta yerə yıxılıb.
Hakimlər davanın təşəbbüskarlarına ikiqat texniki foul tətbiq ediblər. Daniels isə “Atlanta”nın baş məşqçisi Kuin Sneyder tərəfindən meydandan uzaqlaşdırılıb.
Görüş mayın 1-nə keçən gecə keçirilib və “New York” seriyada dördüncü qələbəsini qazanaraq növbəti mərhələyə yüksəlib.

