FIFA Rusiya əsilli qapıçı Nikita Haykinin Norveç millisində çıxış etmək üçün etdiyi müraciəti rədd edib.
Bu barədə NRK məlumat yayıb.
Bildirilib ki, yaxın zamanda Norway Norveç vətəndaşlığı alan futbolçu ölkədə fasiləsiz yaşama müddəti ilə bağlı tələbi ödəməyib.
FIFA qaydalarına əsasən, futbolçu ən azı beş il ölkədə yaşamalıdır və hər il ərzində minimum 183 gün həmin ölkədə olması nəzərə alınır.
Nikita Haykin 2019-cu ildən Bodø/Glimt “Bude-Qlimt” klubunun formasını geyinsə də, 2023-cü ildə qısa müddətə İngiltərənin Bristol City “Bristol Siti” klubuna transfer olunub.
Qaydalara görə, futbolçu başqa ölkənin klubuna keçdikdə yaşayış müddəti hesablanması sıfırlanır.
Məlumata görə, Haykin “Bristol Siti”də cəmi iki ay qeydiyyatda olsa da, rəsmi oyuna çıxmayıb.
Qapıçı təxminən bir ay əvvəl Norveç vətəndaşı olub.
Onun 2026-cı il dünya çempionatı üçün Norveç millisinin heyətinə daxil ediləcəyi gözlənilirdi.

