“Qarabağ”ın futbolçusu Marko Yankoviç klubunu dəyişə bilər.
Bu barədə idman jurnalisti Elçin Cəfərov məlumat yayıb.
Onun sözlərinə görə, monteneqrolu yarımmüdafiəçi ilə Türkiyənin “Konyaspor” klubu ciddi maraqlanır.
İddialara əsasən, Konya təmsilçisi hazırda Ağdam klubunda ildə təxminən 60 min dollar qazanan futbolçuya 70-80 min dollar maaş təklif edib.
Bildirilir ki, transfer baş tutacağı halda, “Qarabağ” Marko Yankoviçin keçidindən təxminən 1 milyon dollar gəlir əldə edə bilər.
Hələlik klublar tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

